“Nəvələrimin çantalarını götürə bilmirəm” – Deputatbackend

“Nəvələrimin çantalarını götürə bilmirəm” – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu gedişlə məktəbə gedən uşaqların bel sütunu əyiləcək. Deyirik, xeyri yoxdur. Uşaqların çantalarını götürəndə, hətta atalarının beli əyilir. Bu nə məcburiyyətdir. Biz də oxumuşuq… Kitablar elə hazırlanmalıdır ki, yüngül olsun. Uşaqları bu qədər yükləmək olmaz”.
Editor.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Aqil Abbas deyib.
“Fikirləşmək lazımdır. Təhsil Nazirliyi uşaqları qorumalıdır. Nəvələrim məktəbə gedir, onların çantalarını götürə bilmirəm, uşaq necə aparsın?! Yeni tədris ilindən bu məsələ həllini tapmalıdır”, – deputat əlavə edib.
Parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə deyib ki, hazırda “dərs yükü” ilə bağlı müzakirələr aparılır.