BAKIDA SİLAHLI İNSİDENT – Ölən və yaralanan var + FOTObackend

BAKIDA SİLAHLI İNSİDENT – Ölən və yaralanan var + FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Binəqədi rayonunda silahlı insident baş verib.

“Report”un məlumatına görə, hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb.

Belə ki, naməlum şəxs “Mercedes” markalı avtomobilə atəş açıb. Nəticədə bir nəfər hadisə yerində ölüb, daha bir nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Hazırda cinayəti törədən və dünyasını dəyişən şəxsin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

89ad1c68-96f1-41f7-81e1-19ecaf6219ce