8 mart Qadınlar Günündə məhkum qadınlar unudulmadı-FOTOLARbackend

8 mart Qadınlar Günündə məhkum qadınlar unudulmadı-FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

4 saylı cəzaçəkmə müəssisəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti və nazirliyin Himayəçilik Şurasının birgə təşkilatçılığı ilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir.
Editor.az xəbər verir ki, tədbirdə iştirak edən Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov Ədliyyə Nazirliyi və Penitensiar xidmətin rəhbərliyi adından məhkum qadınları bayram münasibətilə təbrik etmişdir. Azərbaycan qadınının cəmiyyətdəki rolunun daha da yüksəldiyi və zərif cinsin nümayəndələrinin dövlət idarəçiliyində, mədəniyyət, elm, təhsil, səhiyyə və digər mühüm sahələrdə fəallıq nümayiş etdirdikləri bildirilmiş, müstəqil Azərbaycanın memarı Ümummilli Lider Heydər Əliyev tərəfindən qadın hüquqlarının təminatı, onların üzləşdiyi problemlərin həllində məqsədyönlü və prinsipial mövqe, ictimaiyyətdə bu istiqamətdə fikrin formalaşması məqsədilə görülmüş sistemli və ardıcıl işlər qeyd edilmişdir. Azərbaycan qadınının sosial fəallığının yüksəlməsində, beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil etməsində xeyirxah, nəcib əməlləri yaşadan Heydər Əliyev Fondunun fəaliyyəti və fonda rəhbərlik edən, ölkənin ictimai həyatında xüsusi fəaliyyəti ilə seçilən, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri adlarını ləyaqətlə daşıyan xanım Mehriban Əliyevanın əsl qadına məxsus ən yüksək kefiyyətləri özündə birləşdirməklə, Azərbaycan qadınını dünyada layiqincə təmsil etdiyi vurğulanmışdır. Xanım Mehriban Əliyevanın ölkə Prezidenti canab İlham Əliyevin sərəncamı ilə birinci vitse-prezident təyin edilməsinin Azərbaycan qadınına verilən ən yüksək qiymət və bütünlüklə xalqımızın və beynəlxalq ictimaiyyətin rəğbətini qazanmış bir addım olduğu qeyd olunmuşdur.
Çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Elmira Süleymanova tədbirin təşkilatçıları adından məhkum qadınları bayram münasibətilə təbrik edərək, onlara azadlıqda doğmalarının yanında olmalarını, xoşbəxtlik və qadın səadəti arzu etmişdir.
Daha sonra çıxış edən Penitensiar Xidmətin Himayəçilik Şurasının sədri Xalidə Bayramova məhkum qadınları bayram münasibətilə təbrik edərək, onlara xoşbəxtlik dolu həyat arzu etmişdir.
Tədbirdə incəsənət ustalarının ifasında geniş konsert proqramı nümayiş etdirilmişdir.
Tədbir böyük rəğbətlə qarşılanmış, hazırlanmış bayram tortu və gül dəstələri məhkum qadınlara təqdim olunmuşdur.
Tədbirin sonunda məhkum qadınlar üçün bayram süfrəsi təşkil edilmişdir.
//Editor.az