“Əməkhaqlarının miqdarı elə tənzimlənməlidir ki…”-AÇIQLAMAbackend

“Əməkhaqlarının miqdarı elə tənzimlənməlidir ki…”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dövlət rusumlarının artırılması prosesi yeni başlamayıb. Bir müddət əvvəl də əmlak qeydiyyatı və digər prosedur qaydaları ilə bağlı rüsumların artırılmasına başlanmışdı”.

Bu sözləri Editor.az-a açıqlamasında  Consulting“VECON CONSULTING ” qiymətləndirmə şirkətinin direktoru, iqtisadçı ekspert Vüqar Oruc deyib.

Onun sözlərinə görə, dövlət rüsumlarının çoxu 15 il bundan əvvəl müəyyən edilib və o zamandan dəyişməyib:

“Elə dövlət rüsumları var ki, qiyməti mövcud reallıqlara uyğun deyil və minimumdir. Rüsumlarda qiymət artımı təbiidir. Bu əlbəttə, vətəndaşların maddi durumuna müəyyən qədər mənfi təsir edə bilər. Artım ayrı-ayrı ailələrin büdcələrinə təsir göstərsə də nəzərə almaq lazımdır ki, rüsumlar dövri olaraq ödənilir. Pasportlar 10 ildən bir yenilənirsə, şəxsiyyət vəsiqələri ancaq bəlli yaş hədlərində dəyişdirilirsə, vətəndaşlar həyatında bir neçə dəfə bu ödənişi etmiş olur. Ona görə bu istiqamətdə olan artımların ailə büdcələrinə, bütövlükdə istehlak büdcəsinə, ölkədəki iqtisadi vəziyyətə təsiri elə də güclü hiss edilməyəcək”.

Ekspert bildirib ki, rüsumlardakı qiymət artımı əmək haqlarının, sosial müavinətlərin artırılmasını kompensə edən addım kimi qəbul edilməməlidir:

” Büdcə təşkilatlarının, ayrı-ayrı sahələrin əməkhaqlarındakı artım rüsumlardan büdcəyə gələn gəlirin əvəzi kimi qəbul edilməməlidir. Bu baxımdan bu iki amili  qarşılaşdırmağın tərəfdarı deyiləm. Lakin  ölkədə əməkhaqları qaneedici səviyyədə deyil. Bu hər kəs tərəfindən qəbul edilən birşeydir. Əməkhaqların yüksəldilməsi ilə bağlı sosial proqramlar hazırlanmalı, bu istiqamətdə mümkün olan addımlar atılmalıdır. Əgər əməkhaqların miqdarı normal olarsa, minimum tələbatı ödəmək yox, sırf sosial rifahın yüksəldilməsi üçün nəzərdə tutularsa, o zaman rüsumların qiymətinin yüksəldilməsi ailə büdcələrinə təsir göstərməyəcək. Məlum olduğu kimi,  Mərkəzi bank uçot dərəcəsi faizini yüksəltdi  və bu da  ölkədə inflyasiyanı cilovlamaq, Azərbaycan manatının  xarici valyutalara, xüsusilə, dollara nisbətdə dayanıqlığını təmin etmək məqsədilə atılmış addımdır. Bu istiqamətdə atılan iqtisadi addımlar gözlənilən nəticəni verir. Bütün bunlarla yanaşı, yeni iş yerlərinin yaradılması, pandemiyadan zərər çəkmiş ayrı-ayrı biznes sahələrinə dövlət dəstəyinin formalaşdırılması istiqamətində addımlar atılmalıdır ki, əhalinin ümumi rifahı yaxşılaşdırılsın və iqtisadi çətinliklərə baxmayaraq ölkə əhalisi mövcud xırda dəyişiklikləri öz büdcəsində hiss etməsin. Qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu istiqamətdə müxtəlif sosial proqramların icrası ilə bağlı göstərişlər verib və dövlət  tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün kifayət qədər ciddi işlər görülür”.

//Gülnarə Abasova, Editor.az