Bakıda sərnişin avtobusunda yanğın olub.
Editor.az xəbər verir ki, Fövqəladə Hallar nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.
“Otoyol” markalı sərnişin avtobusunun yanar hissələri yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.