ABŞ-dan qaynaqlanan  sanksiya siyasəti Avropa iqtisadiyyatına ciddi təsir edir: “Bunu qış aylarında müşahidə edəcəyik”backend

ABŞ-dan qaynaqlanan  sanksiya siyasəti Avropa iqtisadiyyatına ciddi təsir edir: “Bunu qış aylarında müşahidə edəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baltikyanı dövlətlərin Rusiyaya qarşı yeni-yeni sanksiya təşəbbüsləri ilə çıxış etməsi təsadüfi deyil. Çünki Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ilk növbədə o ölkələrin iqtisadiyyatına təsir edir ki, orada güclü rəqabət qabiliyyətli real sektor var. Enerjidaşıyıcıları da daha çox rəqabət qabiliyyətli real sektora lazımdır”.

Bu fikirləri Editor.az-a Baltikyanı ölkələrin Avropa Komissiyasına səkkizinci antiRusiya sanksiyalar paketi tətbiq etməsi ilə bağlı açıqlamasında Odlar Yurdu Universitetinin kafedra müdiri, professor Elşad Məmmədov bildirib.

Onun sözlərinə görə,  Sovet İttifaqının dağılmasından sonra Baltikyanı ölkələrin enerji tələbatının təqribən 2 dəfə azalması müşahidə olunub:

“Həmin ölkələrin əhalisi müxtəlif ekspertlərin araşdırmalarına görə, 30%-dən 50%-ə qədər azalıb. İstehsal olmayan yerde enerjinin tələbatı da o qədər çox deyil.  Onlar yeni-yeni təşəbbüslərlə ABŞ-dan aldıqları mesajlar, tapşırıqlar əsasında çıxış edir. Nəticədə isə Avropanın rəqabət qabiliyyəti real sektora malik olan Almaniya, Fransa iqtisadiyyatı və digər nisbətən rəqabət qabiliyyətli istehsal sferasına malik olan Avropa ölkələri iqtisadiyyatlarında ciddi problemlərlə üzləşir. Tənəzzül günü-gündən artır. İstehsal gücləri bağlanır və bütün bunlar Avropa İttifaqının iqtisadi gələcəyini, sosial perspektivlərini çətinləşdirir”.

İqtisadçı Rusiyaya qarşı tətbiq olunan sanksiyaların Rusiya iqtisadiyyatına təsirlərindən də danışıb:

“Bu sanksiya siyasəti nəticəsində yaranan vəziyyətlərdən biri də məhz budur. Sanksiyaların təsiri Avropa üçün daha dağıdıcıdır. Bunu qış aylarında müşahidə edəcəyik. ABŞ-dan qaynaqlanan  sanksiya siyasəti faktiki olaraq Avropa iqtisadiyyatının rəqabət qabiliyyətinə sarsıdıcı zərbə vurmuş olur. Baltikyanı dövlətlərin bu tip təşəbbüslərlə çıxışı Avropa İttifaqının perspektivlərini daha da çətinləşdirmiş oldu”.
 
//Safura Bənnayeva, Editor.az