AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir -İDDİAbackend

AFFA PFL-in prezidenti postuna onu gətirmək istəyir -İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun müddətdir Peşəkar Futbol Liqasının fəaliyyəti ilə bağlı müzakirələr davam edir.

Xitab24.az bununla bağlı eksklüziv məlumat əldə edib.

Məlumata görə, AFFA-da PFL-in gələcəyi ilə bağlı iclas keçirilib və iki əsas məsələ müzakirə olunub.

İlk müzakirə olunan məsələ PFL-in tamamilə ləğvi ilə bağlıdır. Bu qurumun ləğvi gerçəkləşəcəyi halda AFFA-nın tərkibində Yarışların Təşkili Departamentinin yaradılması gözdən keçirilir.

Digər müzakirə olunan məsələ isə PFL-də prezident dəyişikliyi ilə bağlıdır. Belə ki, AFFA PFL-in prezidenti vəzifəsinə Hakimlər Departamentinin sədri Bəhruz Teymurovun gətirilməsini istəyir.

Yəni, AFFA PFL qarşısında şərt qoyub –  ya qurum ləğv olunsun, ya prezident dəyişikliyi həyata keçirilsin.

Yekun qərarın yeni mövsümün əvvəlinə qədər veriləcəyi gözlənilir.