“Azərbaycan borclanma siyasətinə görə dünyada ən yaxşı göstəricilərə malikdir” – Sahil Babayevbackend

“Azərbaycan borclanma siyasətinə görə dünyada ən yaxşı göstəricilərə malikdir” – Sahil Babayev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan borclanma siyasətinə görə dünyada ən yaxşı göstəricilərə malik ölkələrdən biridir. Bizim ümumi dövlət borcumuz ümumi daxili məhsulumuzun ilin sonuna 20 faizi ətrafında olacaq. Bugünkü rəqəmimiz daha aşağıdır, ilin sonuna yaxın biz bəzi müəyyən borclanmalar edəcəyik ki, büdcə xərclərini tam şəkildə təmin edək.

Bu fikirləri maliyyə naziri Sahil Babayev AZƏRTAC-a və AzTV-yə məxsusi müsahibəsində səsləndirib.

Nazir deyib ki, bu nöqteyi-nəzərdən dünyada ÜDM-in 20 faizinə qədər borca malik olan ölkə sayı çox azdır. Əksər ölkələrdə bunlar ÜDM-in 100 faizinə çatır. Bu borcun daxilində ən önəmli rəqəmlərdən biri isə xarici borcumuzun ÜDM-in ümumilikdə təqribən 6,3 faizi olmasıdır. Bu, ən yaxşı göstəricilərdən biridir və əgər biz ötən illə müqayisə etsək, cari ilin mayın 1-nə bizim xarici borcumuz əlavə 8 faizədək azalıb. Bu parametr nöqteyi-nəzərindən bu gün Azərbaycanın sabit göstəriciləri birmənalı olaraq nümunəvidir.