ABŞ-ın borcu ilk dəfə 31 trilyon dolları keçibbackend

ABŞ-ın borcu ilk dəfə 31 trilyon dolları keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın dövlət borcu ilk dəfədir 31 trilyon dolları ötüb.

Editor.az ABŞ Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, sözügedən borcun məbləği narahatlıq doğurub və iqtisadçılar faiz dərəcələrinin artmasının ölkənin artan borc problemlərini daha da dərinləşdirə biləcəyini bildiriblər.

ABŞ Konqresinin Büdcə Ofisi (CBO) bu ilin əvvəlində hazırladığı hesabatda ölkənin artan borc yükü ilə bağlı xəbərdarlıq etmişdi. İyul ayında dərc edilən CBO-nun “Uzunmüddətli Büdcə Görünüş”ü hesabatında, artan borcun iqtisadi inkişafı yavaşlatacağı, ölkənin faiz ödənişlərini artıra biləcəyi, maliyyə böhranı riskini artıra biləcəyi və qanunvericilərin öz siyasət seçimlərində daha sıxıntı hiss etmələrinə səbəb ola biləcəyi vurğulanıb.

//Gülnarə Abasova, Editor.az