ABŞ və İran arasında hərbi qarşıdurmanın yenidən kəskinləşməsi dünya maliyyə bazarlarında ciddi narahatlıq yaradıb.
Editor.az xəbər verir ki, Reuters-in məlumatına görə, Brent markalı neftin qiyməti 95 dollardan yuxarı qalxıb. Asiya və Avropa fond bazarlarında da eniş qeydə alınıb.
İnvestorlar Yaxın Şərqdəki vəziyyətin enerji təchizatına və qlobal inflyasiyaya təsirindən ehtiyat edirlər.
//Samir Qurbanov, Editor.az

