Çin G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşünün yekun bəyanatının qəbul edilməsinə mane olub.
Editor.az xəbər verir ki, UNİAN-ın yazdığına görə, ABŞ maliyyə naziri Skott Bessent Çinin sənəddəki bəzi müddəalarla razılaşmadığını bildirib. Müzakirələrdə, xüsusilə beynəlxalq ticarət və Hörmüz boğazından keçid məsələlərinin də gündəmə gəldiyi qeyd olunur.
Çinin mövqeyi G20 çərçivəsində Pekin və Vaşinqton arasında mövcud fikir ayrılıqlarının davam etdiyini göstərir.
//Samir Qurbanov, Editor.az

