Almaniya hakimiyyəti Leypsiq/Halle hava limanında partlayıcı maddə daşıyan pilotsuz uçuş aparatının aşkarlanmasından sonra hadisəyə görə Rusiyanı məsul tutub.
Editor.az xəbər verir ki, Berlinin məlumatına görə, insident Rusiyanın Avropada hibrid fəaliyyətinin mümkün nümunələrindən biridir.
Avropa İttifaqı hadisəyə cavab olaraq Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirir. Moskva isə ittihamları rədd edir.
//Samir Qurbanov, Editor.az

