Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları daha 6 ay uzadıbbackend

Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları daha 6 ay uzadıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaların müddətini daha altı ay uzadıb.

Aİ ölkələrinin dövlət və hökumət başçıları Rusiyanın Ukraynaya qarşı siyasəti ilə əlaqədar tətbiq olunan iqtisadi məhdudiyyətlərin qüvvədə qalma müddətinin uzadılması barədə qərar qəbul ediblər.

Sanksiyalar Rusiyanın bank, maliyyə və enerji sektorlarına tətbiq edilən məhdudiyyətləri əhatə edir. Aİ rəhbərliyi qərarın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyin davam etdirilməsi çərçivəsində qəbul edildiyini bildirib.

Qeyd olunur ki, Avropa İttifaqı Rusiyaya qarşı iqtisadi sanksiyaları 2014-cü ildən etibarən mərhələli şəkildə tətbiq edir. Məhdudiyyətlərin müddəti mütəmadi olaraq yenidən nəzərdən keçirilir

//Samir Qurbanov, Editor.az