İran Silahlı Qüvvələri ABŞ-nin ölkənin cənub bölgələrinə endirdiyi zərbələrdən sonra cavab hücumlarına başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Məlumata görə, hücumlar raket və pilotsuz uçuş aparatlarından istifadə edilməklə həyata keçirilir.
Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranda bir sıra hədəflərə zərbələr endirildiyini açıqlayıb. “Press TV”nin məlumatına görə, İranın cənub sahillərində, o cümlədən Qeşm adasında və bir neçə sahilyanı şəhərdə partlayışlar baş verib.
ABŞ Prezidenti Donald Tramp isə ABŞ obyektlərinə yeni cavab hücumları olacağı təqdirdə İslam Respublikasını məhv edəcəyi ilə hədələyib.

