Aleksey Arestoviç: müharibə üç günə bitəcəkbackend

Aleksey Arestoviç: müharibə üç günə bitəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya NATO bazalarına zərbə endirəcəksə, müharibə cəmi bir neçə gün davam edə bilər”.

Editor.az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezidentinin Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç milli telemarafonun efirində jurnalistin sualına cavab verərkən bildirib.

“Yaxşı, qoy vursun. Düşünürəm ki, o zaman müharibə üç gün davam edəcək”, – Aretoviç deyib.

Xatırladaq ki, bir müddət əvvəl Britaniya hökumətinin milli təhlükəsizlik üzrə birinci müşaviri Peter Ricketts demişdi ki, Putin Ukraynaya silah tədarükünü dayandırmaq üçün NATO bazasına zərbələr endirməyi düşünə bilər. “Defence Express”in analitiki Serhiy Zqurets də bildirmişdi ki, Ukrayna Rusiyanın NATO dövlətlərindən silah tədarükü marşrutlarına zərbə endirməsini istisna edə bilməz. Lakin Moskva onu da başa düşməlidir ki, bu, alyansın birbaşa müharibəyə cəlb olunması demək olacaq.

//Editor.az