Nepaldakı daşqında ölənlərin sayı 1127 nəfərə çatıbbackend

Nepaldakı daşqında ölənlərin sayı 1127 nəfərə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nepalda baş verən güclü daşqın nəticəsində ölənlərin sayı 1127 nəfərə çatıb. Daha 4,5 minə yaxın insanın itkin düşdüyü bildirilir.

Editor.az xəbər verir ki, məlumatı Çin Mərkəzi Televiziyası Nepal polisinin açıqlamasına istinadən yayıb.

Hadisə avqustun 26-da Nepalın ərazisində baş verib. Güclü daşqına Tibet ərazisində baş verən zəlzələ və torpaq sürüşməsi səbəb olub. Təbii fəlakət nəticəsində Lhende çayının məcrası bağlanıb. Daha sonra çayın qarşısında yaranan maneənin dağılması Bhote-Koshi çayında suyun səviyyəsinin kəskin yüksəlməsinə və genişmiqyaslı daşqına səbəb olub.

İtkin düşənlər arasında müxtəlif ölkələrin vətəndaşları da var. Daha əvvəl verilən məlumatlara görə, itkin düşənlər arasında 39 ölkənin 592 vətəndaşı olduğu bildirilmişdi. 

//Gülnarə Abasova, Editor.az