Almaniya uzun mənzilli TAURUS raketlərini Ukraynaya verə bilməz, çünki onların istifadəsi alman hərbçilərinin müharibəyə cəlb olunmasını tələb edəcəkdir.
Editor.az “The Guardian”a istinadən xəbər verir ki, bu barədə martın 4-də Almaniya kansleri Olaf Şolz məlumat verib. Solz, “Siz çox geniş əhatə dairəsi olan bir silah sistemi yarada bilməzsiniz və sonra həmin silah sisteminə necə nəzarət edə biləcəyinizi düşünə bilməzsiniz” – deyib.
Onun sözlərinə görə, əgər Berlin Kiyevə verilən silahlara “nəzarət etmək” istəyirsə, bu, yalnız alman əsgərlərinin iştirakı ilə mümkündür. “Mənim üçün bu barədə söhbət belə gedə bilməz” – Şolz deyib.
//Samir Qurbanov, Editor.az

