Psixoloq yaş fərqinin münasibətlərə təsirini açıqlayıbbackend

Psixoloq yaş fərqinin münasibətlərə təsirini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaş fərqi olan cütlüklər münasibətlərdə fərqli həyat ritmi, gözləntilər və psixoloji rollar səbəbilə müxtəlif çətinliklərlə üzləşə bilər.

Editor.az xəbər verir ki, bu barədə Twinby tanışlıq platformasının baş psixoloqu Larisa Karavaitseva “Izvestia” nəşrinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yaş fərqli münasibətlərdə tərəflərin həyat mərhələləri və inkişaf məqsədləri bir-birindən fərqlənir. Bu fərqlilik bəzi hallarda münasibətin inkişafına töhfə versə də, digər hallarda gərginlik yarada bilər.

Psixoloq qeyd edib ki, belə münasibətlərdə tez-tez tamamlayıcılıq prinsipi müşahidə olunur: gənc tərəfdaş daha çox təcrübə qazanır, yaşca böyük tərəfdaş isə daha enerjili və həyata daha maraqlı yanaşma əldə edir. Lakin bəzi hallarda münasibət “bərabər tərəfdaşlıq” modelindən çıxaraq “valideyn–uşaq” tipli asılılıq modelinə çevrilə bilər.

Karavaitseva vurğulayıb ki, əsas məsələ yaş fərqinin özü deyil, onun münasibət daxilində necə yaşanmasıdır. Onun fikrincə, uğurlu münasibət üçün tərəflərin inkişaf istiqamətləri bir-birinə zidd olmamalı, hər iki tərəf gələcəyi birlikdə planlamağa hazır olmalıdır.

Mütəxəssis həmçinin qeyd edib ki, ailə daxilində münaqişələri tamamilə aradan qaldırmaq mümkün deyil, lakin onların sayını azaltmaq olar. Bunun üçün gündəlik qaydaların razılaşdırılması və rutinin içində belə birgə keyfiyyətli vaxt keçirməyə önəm verilməsi tövsiyə olunur.

//Gülnarə Abasova, Editor.az