Almaniyanın müdafiə naziri: Növbəti bir neçə həftə Ukrayna üçün həlledici olacaqbackend

Almaniyanın müdafiə naziri: Növbəti bir neçə həftə Ukrayna üçün həlledici olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Növbəti bir neçə həftə və aylar Ukrayna üçün həlledici olacaq.

Editor.az bildirir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Bloomberg”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, ilk növbədə, Ukraynada etibarlı işləyən hava hücumundan müdafiə sisteminin yaradılmasına nail olmaq vacibdir: “Məncə, növbəti həftələr Ukrayna üçün çox həlledici olacaq.

Çünki general Mark Millidən hələ payızda öyrəndiyimiz kimi, bizim üçün prioritet vəzifə hava hücumundan müdafiəni təmin etməkdir… Ona görə də növbəti bir neçə ay həəledici olmasa da, çox vacibdir”, -Pistorius deyib. Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Münhen Konfransı zamanı Kiyevin silahlanmasının sürətləndirilməsinə çağırıb. Almaniya kansleri Olaf Şolz Ukraynaya döyüş tanklarının göndərilməsini tezləşdirməyi xahiş etməklə, bunu etməyən müttəfiqləri qınayıb. O, Kiyevə silah tədarükünün münaqişəni uzatması ilə razılaşmayıb.

 //Samir Qurbanov, Editor.az