Ata “arvadım gecədən səhərə qədər “TİKTOK” videosu çəkir” dedi, ana valideynlik hüququndan MƏHRUM OLDUbackend

Ata “arvadım gecədən səhərə qədər “TİKTOK” videosu çəkir” dedi, ana valideynlik hüququndan MƏHRUM OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İzmirdə boşanma ərəfəsində olduğu həyat yoldaşının uzun müddət Tiktokda qaldığını və buna görə də iki qızı ilə maraqlanmadığını sübut edən iş adamı ata uşaqların qəyyumluğunu öz üzərinə götürüb.

İzmirdə yaşayan iş adamı Ferit K. (43) və 15 illik həyat yoldaşı B.K. (41) keçən il boşanma qərarı aldı.

Həyat yoldaşının uzun müddət Tiktokda qaldığını və buna görə də iki qızı ilə heç bir maraqlanmadığını iddia edən iş adamı məhkəmə prosesində qızlarının himayəçiliyini tələb edib. Müvəqqəti himayəçilik tələbi ilə bağlı məhkəmə tərəfindən təyin edilmiş pedaqoq ananın uşaqlarla bağlı öhdəliyini kobud şəkildə pozduğu və qəyyumluğun müvəqqəti və ya daimi olaraq ataya həvalə edilməsini doğru hesab edib.

Boşanma qərarı verildikdə daimi qəyyumluq tələb edən ata bildirib ki, həyat yoldaşı gecədən səhərə qədər Tiktok videoları çəkir:

“Əslində bu vəziyyət səhərə qədər davam edir. Özündən əlavə kiçik qızımı da TikTok-a öyrətdi. Qızım da video çəkib paylaşmaq istəyir. O da kliplərində qızlarımızı çəkir”.

//Gülnarə Abasova, Editor.az