Avropa İttifaqı Rusiya vətəndaşları üçün viza qadağası tətbiq edir? -Müzakirələr davam edirbackend

Avropa İttifaqı Rusiya vətəndaşları üçün viza qadağası tətbiq edir? –Müzakirələr davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqına (Aİ) sədrlik edən Çexiya Aİ-nin Rusiyaya qarşı növbəti sanksiyasının bütün Rusiya vətəndaşları üçün viza qadağası ola biləcəyini açıqlayıb.

Editor.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavskinin açıqlama verib. O, bildirib ki,  bütün AB-yə üzv dövlətlərin ruslara vizalarının dayandırılması daha təsirli sanksiya ola bilər.

Qeyd edək ki, Aİ indiyədək Rusiyaya 6 ayrı sanksiya paketi tətbiq edib. Ukrayna prezidenti Vladimir Zelenski bu yaxınlarda “Washington Post” qəzetinə verdiyi müsahibədə Qərb ölkələrini bütün rusiyalı sərnişinlərə qadağa qoymağa çağırıb və “ruslar fikirlərini dəyişənə qədər öz dünyalarında yaşamalıdırlar” deyib.

Çexiya fevralın 25-də Rusiyanın Ukraynanın şərqində xüsusi hərbi əməliyyata başlamasından bir gün sonra bütün Rusiya vətəndaşlarına viza verilməsini dayandırıb. Amma rusiyalı turistlər Finlandiya üzərindən Avropaya səyahətlərini davam etdirirlər. Şengen zonasına daxil ola bilən Rusiya vətəndaşları beləliklə, Avropanın böyük bir hissəsinə viza tələb etmədən səyahət edə bilərlər. Rusiya ilə həmsərhəd olan başqa bir Avropa ölkəsi Estoniyada baş nazir Kaja Kallas “Avropaya səfər etmək insan haqqı deyil, imtiyazdır” deyərək Aİ-ni Rusiya vətəndaşlarına viza verilməsini dayandırmağa çağırıb.

//Gülnarə Abasova, Editor.az