“Avrora” şirkəti gömrük orqanını necə aldadıb? – DETALLARbackend

“Avrora” şirkəti gömrük orqanını necə aldadıb? – DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avrora” MMC cərimələnib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə qərar Binəqədi Rayon Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qərara əsasən, MMC 250 manat miqdarında inzibati qaydada cərimə edilib.

İnzibati xəta haqqında protokol onunla əsaslandırılıb ki, “Avrora” MMC-nin ünvanına İran İslam Respublikasına məxsus şirkətin yük avtomaşınında KACC 22-096 nömrəli 29.03.2022-ci il tarixli invoys sənədi ilə 3 aprel 2022-ci il tarixdə saat 10:49-da Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” gömrük postundan keçməklə Azərbaycanın gömrük ərazisinə daxil olub.

Qeyd edilib ki, Bakı Baş Gömrük İdarəsində 04.04.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə dair mallar gömrük ərazisinə gətirilməzdən əvvəl, yəni 31 mart 2022-ci il tarixdə saat 12:38-də idxal bəyannaməsi gömrük orqanına verilib, lakin mallar Azərbaycanın gömrük ərazisinə gətirilərkən MMC tərəfindən gömrük orqanına təhrif olunmuş məlumat verilib.

Belə ki, İrana məxsus şirkətdən “Avrora” MMC-nin ünvanına göndərilmiş mallar 38D96710/38D96810 nömrə nişanlı yük avtomaşınında daxil olub, 04.04.2022-ci il tarixli gömrük bəyannaməsində nəqliyyat vasitəsinin nömrəsi bəyan edilib, lakin şirkət tərəfindən eyni mallara dair gömrük orqanına təqdim olunan qısa idxal bəyannaməsində malların gətirildiyi nəqliyyat vasitəsinin nömrəsi 38B96710/38B96810 qeyd olunub.

Beləliklə də, araşdırma zamanı müəyyən edilib ki, İran şirkətindən mallar “Avrora” MMC-nin ünvanına faktiki olaraq 38D96710/38D96810 nömrə nişanlı vük avtomaşınında daxil olsa da, həmin mallara dair tərtib edilib və gömrük orqanına təqdim olunan qısa idxal bəyannaməsində malların gətirildiyi nəqliyyat vasitəsinin nömrəsi 38B96710/38B96810 qeyd edilib.

Bununla da, MMC tərəfindən mallar Azərbaycanın gömrük ərazisinə gətirilərkən gömrük orqanına təhrif olunmuş məlumat verdiyi nəzərə alınaraq şirkət tərəfindən Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 485.1-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsinin tələbləri pozulub və inzibati protokol tərtib edilib. Daha sonra protokollar baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.