Bakıda ağır qəza sıxlığa səbəb oldu – FOTO/VİDEObackend

Bakıda ağır qəza sıxlığa səbəb oldu – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Qəza zamanı “Toyota” və iki KIA markalı avtomobil toqquşub.

Ölən və ya xəsarət alanlarla bağlı məlumat yoxdur.

Qəza nəticəsində avtomobillərə ciddi maddi ziyan dəyib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

Qeyd olunub ki, yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.