Bakıda dəhşətli QƏTL: Gənc qadın 15 yaşlı oğlu tərəfindən öldürüldü- TƏFƏRRÜAT FOTObackend

Bakıda dəhşətli QƏTL: Gənc qadın 15 yaşlı oğlu tərəfindən öldürüldü- TƏFƏRRÜAT FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda qətl hadisəsi baş verib.

“Neftçilər” metrostansiyasının yaxınlığında 33-34 yaşlarında olan bir qadın qətlə yetirilib.

Hadisəni qadının 2007-ci il təvəllüdlü oğlu törədib. Qadının hansı səbəbdən qətlə yetirildiyi hələ ki, məlum deyil. Hadisə şahidlərinin sözlərinə görə uşaq öncə qadına bir bıçaq zərbəsi (mətbəx bıçağı ilə) vurub. Anası qışqıraraq qaçdıqda ikinci bıçaq zərbəsini də vurub, məktəbli çantasını və hadisəni törətdiyi bıçağı kənara ataraq qaçıb.

Hadisədən qısa müddət sonra qadın hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hazırda faktla bağlı araşdırma aparılır.

Musavat.com

25252.jpg (336 KB)

SDSSD.jpg (487 KB)

SDSDSDDS.jpg (456 KB)

565656.jpg (386 KB)