“Bank Respublika”nın vəzifəli şəxsi əmanətçilərin pullarını “tik-tok”da xərcləyibbackend

“Bank Respublika”nın vəzifəli şəxsi əmanətçilərin pullarını “tik-tok”da xərcləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabirabad sakinlərinin banka yatırdığı əmanətlər “Tik-Tok” sosial şəbəkəsində hədiyyə paylanmasına xərclənib. “Bank Respublika”nın Sabirabad filialında səkkiz əmanətçinin başına belə bir olay gəlib.

Toplam 160 min manata yaxın yeyintidən söhbət gedir.

“Bank Respublika”nın Sabirabad filialının korporativ müştəri xidməti üzrə baş mütəxəssisi Rail Hüseynov əmanətçilərin pulları hesabına “Tik-Tok”da istifadəçilərə hədiyyələr göndərməkdə suçlanır. Bu bankda 13 il çalışmış mütəxəssis ötən ilin mayında – əmanətlərlə bağlı problemin üstü açılandan sonra işdən çıxarılıb. Ardınca onun haqqında 158 min 969 manatlıq yeyinti ittihamı ilə cinayət işi başlanıb. R.Hüseynova külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığı kimi ittihamlar verilib. Özü həbs edilməsə də, haqqında istər istintaq, istərsə məhkəmə dövrü üçün polis nəzarəti qətimkan tədbiri seçilib.

Cinayət işinin materiallarına görə, səkkiz Sabirabad sakininin bankdakı pulları ilə bağlı müqavilələrə onlardan xəbərsiz xitam verilib. İddia edilir ki, təqsirləndirilən bank əməkdaşı bu işi görüb.

Sözügedən sakinlərin hesabındakı pullar ya özünün, ya da anasının adına olan bank hesabına köçürülüb və həmin hesablardan da “Tik-Tok”a yönləndirilib.

Aztoday.az