Bir həkim gənclər arasında kolon xərçəngi riskini artıran mühüm bir səhvə diqqət çəkibbackend

Bir həkim gənclər arasında kolon xərçəngi riskini artıran mühüm bir səhvə diqqət çəkib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həkimin sözlərinə görə, qidalanmada süd məhsullarının azaldılması gənclər arasında bağırsaq xərçəngi hallarının artması ilə əlaqəli ola bilər. Çünki süd məhsullarından imtina xəstəliyin qarşısının alınmasında mühüm rol oynayan kalsium qəbulunu azaldır.

Editor.az xəbər verir ki, ailə həkimi Rupa Parmer bu barədə Daily Mail nəşrinə açıqlamasında danışıb.

Mütəxəssisin fikrincə, son illərdə bir çox insan, əksər hallarda tibbi məsləhət almadan, süd məhsullarını rasionundan çıxarır və onların yerinə bitki mənşəli alternativlərə üstünlük verir. Bu isə bağırsaqların qorunmasında vacib rol oynayan kalsiumun çatışmazlığına səbəb ola bilər.

Parmer, Oksford Universitetinin 542 mindən çox qadının qidalanma vərdişlərini araşdırdığı tədqiqatın nəticələrinə istinad edib. Alimlər müəyyən ediblər ki, gündəlik süd istehlakı bağırsaq xərçəngi riskini təxminən 17 faiz azalda bilər. Ümumilikdə isə süd, yoqurt və digər kalsiumla zəngin qidalar uzunmüddətli müşahidə dövründə bu xəstəliyin yaranma ehtimalını 16 faiz aşağı salıb.

Həkimin izahına görə, qoruyucu təsir əsasən kalsiumla bağlıdır. Kalsium yoğun bağırsaqda öd turşularını və sərbəst yağ turşularını bağlayaraq onların selikli qişaya potensial kanserogen təsirini azaldır.

Lakin araşdırma göstərib ki, bütün süd məhsulları eyni təsirə malik deyil. Məsələn, pendir və dondurma riskin azalması ilə oxşar əlaqə göstərməyib.

Parmer vurğulayıb ki, süd məhsullarından uzaq durmağın xəstəlik hallarının artması ilə birbaşa bağlı olduğu hələ tam sübut edilməyib. Bununla belə, o, bu tendensiyanı narahatedici hesab etdiyini bildirib. Həkim əlavə edib ki, bir çox pasiyent tibbi testlər bunu təsdiqləməsə də, özlərinə süd məhsullarına qarşı dözümsüzlük diaqnozu qoyurlar.

//Gülnarə Abasova, Editor.az