Ukrayna Silahlı Qüvvələrindən daha bir uğurlu əməliyyatbackend

Ukrayna Silahlı Qüvvələrindən daha bir uğurlu əməliyyat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

.Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarəsi Kursk vilayətinin Rılsk rayonunda televiziya və radio yayımı obyektinə hücum edib, qubernator Aleksandr Xinşteyn Maxda bildirib. Zərbə rəqəmsal televiziya qülləsini tamamilə dağıdıb.

Zərər səbəbindən Rılsk rayonunda, eləcə də Qluşkovski, Korenevski və Lqovski rayonlarındakı bəzi yaşayış məntəqələrində yayım dayandırılıb. Yerli sakinlər televiziya xidmətindən məhrum olublar.

Bərpa işləri vəziyyət imkan verən kimi başlayacaq. Energetiklər təmirə başlamağa hazırdırlar, lakin vaxt sərhəd bölgəsindəki vəziyyətdən asılıdır. Başqa heç bir ziyan və ya tələfat barədə məlumat verilməyib.

//Samir Qurbanov, Editor.az