Polşanın cənubundakı İvkova kəndi yaxınlığında qaçaqmalçılara məxsus üç şar düşüb.
Onların içərisində siqaret qutuları olub. TVP-nin məlumatına görə, polis araşdırmaya başlayıb. Polis şarların düşdüyü müəssisənin ərazisini mühasirəyə alıb. Onlar müayinə üçün polis bölməsinə aparılıblar. Polis şarların mənşəyini araşdırır.
Qeyd edək ki, aprel ayının sonlarında Polşa hakimiyyəti 160-dan çox şardan istifadə edərək Polşaya bir neçə milyon siqaret qaçaqmalçılığı edən bir dəstəni aşkar edib. Polşa hakimiyyəti dövlətə dəyən ziyanı təxminən 1,4 milyon avro olaraq qiymətləndirib. Qrupun lideri olan Belarus vətəndaşı ittiham olunub.
//Samir Qurbanov, Editor.az

