Britaniya Kralının Donald Trampla zarafatı aləmi bir-birinə qatıbbackend

Britaniya Kralının Donald Trampla zarafatı aləmi bir-birinə qatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa Prezidenti Emmanuel Makron Britaniya Kralı III Çarlzın ABŞ-a dövlət səfəri zamanı keçirilən təntənəli şam yeməyində etdiyi zarafatı müsbət qiymətləndirib.

Fransa lideri öz fikrini sosial mediada paylaşıb.

III Çarlz ABŞ Prezidenti Donald Trampın yanvar ayında Avropada Amerika yardımı olmasaydı, “hamı almanca və bəlkə də bir az yaponca danışardı” dediyi son açıqlamasına toxunub. Kral cavab olaraq qeyd edib: “Cənab Prezident, bu yaxınlarda qeyd etdiniz ki, ABŞ olmasaydı, Avropa ölkələri almanca danışardı. Cəsarətlə deyə bilərəm ki, əgər biz olmasaydıq, siz də fransızca danışardınız”. Emmanuel Makron sosial mediada yazıb: “Bu, baş versəydi, fantastik olardı”.

Qeyd edək ki, III Çarlzın səfəri ABŞ müstəqilliyinin 250 illiyi ilə üst-üstə düşüb. Səfər zamanı monarx ABŞ Konqresində də çıxış edib. Kralın səfərindən qısa müddət sonra Donald Tramp şotland viskisinə rüsumları ləğv etmək qərarına gəlib. O, həmçinin III Çarlı “ən böyük kral” adlandırıb və Amerikada Britaniya monarxı kimi insanların olmadığını qeyd edib.

//Samir Qurbanov, Editor.az