BMT Baş Assambleyasında Rusiyanın ilhaq siyasəti ilə bağlı qətnamə qəbul olunacaqbackend

BMT Baş Assambleyasında Rusiyanın ilhaq siyasəti ilə bağlı qətnamə qəbul olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 10-da BMT Baş Assambleyası xüsusi sessiya çərçivəsində Rusiyanın Ukraynanın dörd bölgəsini ilhaq etmək cəhdini pisləyən qətnamə layihəsinə baxmağa başlayacaq.

Editor.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Diplomatların Baş Assambleyanın oktyabrın 11 və ya 12-də qətnamə layihəsinə səs verəcəyi gözləyirlər. FRANCE 24 yazır ki, səsvermədə BMT-nin 193 üzvünün hər birinin bir səsi var və heç kim veto edə bilməz. Görüşün bu formatda keçirilməsi barədə qərar Rusiyanın sentyabrın 30-da belə bir qətnamənin qarşısını almasından sonra verilib.

Ukrayna və digər ölkələrlə əməkdaşlıq çərçivəsində mətni hazırlayan Aİ-nin BMT-dəki səfiri Olof Skuq deyib: “Bu, son dərəcə vacibdir. İsveç diplomatı izah edib ki, Baş Assambleyanın hərəkətə keçməməsi “digər ölkələrə də eyni şəkildə hərəkət etmək və ya Rusiyanın etdiklərini tanımaq üçün kart-blanş” verəcək.

  //Samir,Editor.az