BMT-dən vacib xəbərdarlıq: “Nüvə silahı ilə məhv olmaya bir addım qalıb”backend

BMT-dən vacib xəbərdarlıq: “Nüvə silahı ilə məhv olmaya bir addım qalıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

II Dünya Müharibəsi zamanı Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılan atom bombasının 77-ci il dönümü ərəfəsində BMT-nin baş katibi önəmli açıqlama ilə yadda qalıb. Editor.az xarici mətbuata istinadən xəbər verir ki, o, nüvə silahı tərəfindən məhv olmaya bir addım qaldığını deyib. Baş latibin sözlərinə görə, əgər ölkələr bir-birini düz başa düşə bilməsələr, bu gələcəkdə fəlakətə səbəb ola biləcək nüvə müharibəsinə səbəb olacaq. O, eyni zamanda, qeyd edib ki, Yaponiya şəhərlərinə atılan nüvə bombasının il dönümü ilə əlaqədar Gündoğan ölkəyə ziyarət edəcək.

“Mən burda tək bir şey üçün dua edəcəyəm. Tanrı bizi nüvə müharibələrindən qorusun və bu terror qruplaşmalarının əlinə keçməsin”,- deyə Antoniu Quterreş bildirib.

//Nəzərbəy Hacıağayev, Editor.az