BMU 5,1 milyon vergi borcu olan “Sinam” MMC ilə müqavilə bağladı – FOTOFAKTbackend

BMU 5,1 milyon vergi borcu olan “Sinam” MMC ilə müqavilə bağladı – FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bakı Mühəndislik Universiteti” Publik Hüquqi Şəxsi maliyyə və mühasibatlıq sistemlərinin təminatı üzrə yeni satınalma müqaviləsi rəsmiləşdirib.

32gun.az-ın  əldə etdiyi məlumata görə, universitet “Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq” layihəsi çərçivəsində büdcədən maliyyələşən təşkilatlarda “Büdcə təşkilatları üçün Maliyyə və Mühasibatlıq Hesabatları” (BTMMH) avtomatlaşdırılmış informasiya sisteminin xidmətləri ilə bağlı müqaviləni bir mənbədən satınalma metodu tətbiq etməklə “Sinam” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1300149611) ilə bağlayıb. Tərəflər arasında imzalanmış müqavilənin məbləği 21.240,00 AZN (21 min 240 manat) təşkil edir.

Diqqətçəkən məqam ondan ibarətdir ki, 32gun.az-ın dövlət reyestri və vergi məlumatlarından əldə etdiyi xəbərə görə, tenderin qalibi olan “Sinam” MMC-nin dövlət büdcəsinə külli miqdarda — 5.151.251,78 AZN (5 milyon 151 min manatdan çox) vergi borcu var.

Dövlət qeydiyyatı göstəricilərinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi, ev 66 ünvanında hüquqi qeydiyyatda olan şirkətin nizamnamə kapitalı 44.487,92 AZN, qanuni təmsilçisi isə Əbülfət Salman oğlu Rəhmanovdur.

Qeyd edək ki, Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Maksim oğlu Piriyevdir. O, 14 sentyabr 2023-cü il tarixindən bu vəzifəyə təyin olunub.