Borjomi yanırbackend

Borjomi yanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan hakimiyyəti beşinci gündür ki, ölkənin əsas turizm mərkəzlərindən biri olan, mineral suyun istehsal olunduğu Borjomi şəhəri yaxınlığındakı Borjomi dərəsində baş vermiş genişmiqyaslı yanğınla mübarizə aparır.

Bu barədə Editor.az Gürcüstan mənbələrinə istinadən xəbər verir. Avqustun 24-də ölkənin Daxili İşlər Nazirliyiartıq yanğının 150 hektar ərazini əhatə etdiyini bildirib. Yanğına səbəb yerli sakinin məsuliyyətsizliyi olub. Bazar günü – avqustun 21-də başlanan yanğının söndürülməsinə Gürcüstan Müdafiə Qüvvələrinin 1,2 min hərbçisi və 4 gürcü helikopteri cəlb olunub.

Avqustun 24-də isə Türkiyənin 3 ixtisaslaşmış təyyarəsinin yanğına qarşı mübarizəyə qoşulduğu məlum olub. Onlar yanğınların üzərinə böyük su kütlələri tökür, onu lokallaşdırmağa çalışır, alovun Borjomi və digər yaşayış məntəqələrinə yaxınlaşmasının qarşısını alırlar. Yanğınla mübarizə külək və yüksək temperaturla çətinləşir. Yanğınsöndürmə briqadaları yanğın ocaqlarına yaxınlaşmaq üçün buldozerlərdən istifadə edirlər. Hakimiyyət əhalisinin təxliyəsi barədə açıqlama verməyib.

  //Samir,Editor.az