Cəlilabadda “patı“ satanlar saxlanıldıbackend

Cəlilabadda “patı“ satanlar saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Z.Ağayev və V.Qurbanov saxlanılıblar.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Editor.az-a verilən məlumata görə, keçirilən baxış zamanı onların üzərindən hazır bükümlərdə “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır