DƏHŞƏTLİ QƏTL: Ana 2 aylıq körpəsini bıçaqlayaraq öldürdü – FOTO, VİDEObackend

DƏHŞƏTLİ QƏTL: Ana 2 aylıq körpəsini bıçaqlayaraq öldürdü – FOTO, VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə bıçaqlanmış halda tapılan 2 aylıq körpə Mustafanın anası Nazlı Şekeroğlu oğlunu öldürdüyünü etiraf edib.

Dəhşətli hadisə Qaziantepdə baş verib.

Psixoloji problemləri olduğu bildirilən Nazlı Şekeroğlu dindirmədə uşağını başqasının öldürəcəyini düşündüyünü deyib.

Dünən günorta saatlarında Yeşilevler Məhəlləsində meydana gələn hadisədə psixoloji problemləri olduğunu öyrənən Nazlı Şekeroğlundan xəbər ala bilməyən qonşuları 112 Təcili Zəng Mərkəzinə məlumat verib. Xəbərdarlıq ilə bölgəyə gələn qruplar Şekeroğlunu tapa bilməyincə, qapını sındıraraq evə daxil olub.

Evde kanlar içinde bulunan 2 aylık Mustafa bebeği, annesi öldürmüş! Sorguda  her şeyi anlattı - idrak34.com

Polislər 2 aylıq körpənin bıçaqlanaraq öldürüldüyünü təyin edib. Nazlı Şekeroğlu isə körpəsinin yanında huşsuz vəziyyətdə tapılıb. İlk müdaxilənin ardından Şekeroğlu təcili yardımla Qaziantep Dövlət Xəstəxanasına aparılıb.

Xəstəxanada müalicəsi tamamlanan Nazlı Şekeroğlu Asayiş Şöbə Müdirliyi Cinayət Bürosu qrupları tərəfindən saxlanılıb. Polis idarəsində dindirilərkən körpəsini öldürdüyünü etiraf edən Şekeroğlunun uşaqlığından psixoloji problemlər yaşadığı müəyyən edilib. Hadisə anını xatırlamadığını deyən N.Şekeroğlu, uşağını başqasının öldürəcəyini düşündüyünü bildirib.

Musavat.com