Diplomatik təmaslar heç bir NƏTİCƏ VERMƏYƏCƏK: “Gərginliyin ana xətti RF ilə Ukrayna yox, RF ilə NATO arasındadır”backend

Diplomatik təmaslar heç bir NƏTİCƏ VERMƏYƏCƏK: “Gərginliyin ana xətti RF ilə Ukrayna yox, RF ilə NATO arasındadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya və Qərb arasında şərqi Avropa uğrunda savaş, qarşıdurma bugünün məsələsi deyil, son 500 ildə məhz şərqi Avropa uğrunda çar Rusiyasından başlayaraq Qərbin hərbi-siyasi dairələri arasında dəfələrlə ölüm-dirim savaşları baş verib.Təəssüf ki, hər dəfəsində də bu savaşlar böyük fəlakətlərə,çoxsaylı insan təlafatlarına, ağır maddi dağıntılara gətirib çıxarıb.Yaşadığımız bu günlərdə RF ilə Ukrayna arasında pik həddə gərginləşən münasibətlərə də əslində bu tarixi aspektdən yanaşmaqda fayda var”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloqun sözlərinə görə, gərginliyin ana xətti RF ilə Ukrayna arasında deyil, RF ilə NATO arasındadır:

“Tarixin öyrətdiklərindən dərs çıxarsaq, təəssüflə deyə bilərik ki, diplomatik təmaslar heç bir nəticə verməyəcək, necə ki, bu günə qədər nəticə verməyib.Çünki tərəflər problemi yumşaq güclə həll etməkdən daha çox, qaba güc nümayiş etdirməyə  meyilli görünürlər. Həm RF, həm də qarşı tərəflərin diplomatik həmlələrinin imitasiya xarakterli olduğu vaxt qazanmağa hesablanıldığı bir savaş başlayacağı təqdirdə tarixi məsuliyyəti biri digərinin üzərinə atmaq istəməsini əsaslandırması açıq-aydın görünür. Fikrimcə, münaqişə tərəflərinin diplomatik təmaslara etinasız yanaşmasının səbəbi də budur.Tərəflər “müharibə siyasətin zorakı vasitələrlə davamıdır” formuluna daha çox üstünlük verdiklərini hər addımda nümayiş etdirirlər”.

//Gülnarə Abasova, Editor.az