İranın xarici işlər naziri Abbas Əraqçi Omana rəsmi səfərə yollanıb.
Musavat.com xəbər verir ki, bu barədə “Daneşcu” agentliyi məlumat yayıb.
Məlumata əsasən, Əraqçi Pakistanın yüksək rütbəli rəsmiləri ilə ikitərəfli və regional məsələləri müzakirə etdikdən sonra İslamabadı tərk edərək Masqata gedib.
Danışıqların əsas mövzusunun regiondakı cari təhlükəsizlik vəziyyəti olduğu bildirilir.
Qeyd olunur ki, Əraqçinin Oman səfərindən sonra Rusiyaya gedəcəyi gözlənilir.

