Polşa Baş naziri xəbərdarlıq etdi: Rusiya yaxın aylarda hücum edəcəkbackend

Polşa Baş naziri xəbərdarlıq etdi: Rusiya yaxın aylarda hücum edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Baş naziri ABŞ-ın Avropanı müdafiə etmək üçün NATO öhdəliklərini yerinə yetirməyə hazır olduğundan əmin olmadığını bildirib və yaxın aylarda mümkün Rusiya hücumu barədə xəbərdarlıq edib.

O, bu açıqlamanı 24 apreldə dərc olunan “Financial Times” qəzetinə müsahibədə verib. Tusk qeyd edib ki, Avropa üçün əsas sual ABŞ-ın NATO müqavilələrində nəzərdə tutulduğu kimi qətiyyətli hərəkət etməyə hazır olub-olmamasıdır. O, Rusiyanın “bir neçə ay ərzində” Alyans ölkələrindən birinə hücum edə biləcəyi barədə xəbərdarlıq edib.

Media qeyd edib ki, Polşa liderinin bu “qeyri-adi açıqlaması” Prezident Donald Trampın ABŞ-ı Alyansdan çıxarmaq təhdidlərindən və qitəni müdafiə etməkdəki qeyri-sabit mövqeyindən sonra Avropada artan qeyri-müəyyənliyi əks etdirir. Tusk vurğulayıb ki, NATO-nun şərq cinahındakı ölkələr üçün Alyansın Rusiya təcavüzü halında həm siyasi, həm də lojistik cəhətdən tez bir zamanda cavab verə bilib-bilmədiyini anlamaq vacibdir. O, həmçinin ötən il təxminən 20 Rusiya pilotsuz təyyarəsinin Polşa hava məkanını pozduğu hadisəni xatırladıb. Baş nazirin sözlərinə görə, bəzi müttəfiqlər o zaman “heç nə baş verməmiş kimi davranıblar”.

//Samir Qurbanov, Editor.az