Gərginlik ARTIR: ABŞ-nin üç aviadaşıcıyısı və minlərlə hərbçisi Yaxın Şərqə gəldibackend

Gərginlik ARTIR: ABŞ-nin üç aviadaşıcıyısı və minlərlə hərbçisi Yaxın Şərqə gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Üç aviadaşıyıcı zərbə qrupunun tərkibində 200-dən çox ABŞ təyyarəsi və helikopteri, eləcə də 15 000 ABŞ dənizçisi və dəniz piyadası Yaxın Şərqə gəlib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) öz “X” hesabında məlumat verib.

“Onilliklər ərzində ilk dəfə olaraq üç aviadaşıyıcı eyni vaxtda Yaxın Şərqdə fəaliyyət göstərir. “USS Abraham Lincoln”, “USS Gerald R. Ford” və “USS George H.W. Bush” aviadaşıyıcıları regiondadır”, – deyə bildirib.

Daha əvvəl CENTCOM məlumat vermişdi ki, “USS George H.W.Bush” aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupu komandanlığın məsuliyyət zonasına daxil olub. Aprelin 21-də ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutunun portalı olan “USNI News” Pentaqon mənbələrinə istinadən məlumat yayıb ki, Venesuela və İrandakı əməliyyatlarda iştirak edən ABŞ-nin “USS Gerald R.Ford” aviadaşıyıcısı təmirdən sonra Süveyş kanalından keçərək Qırmızı dənizə daxil olub. Bundan əlavə, “USS Abraham Lincoln” da Ərəbistan dənizindədir.