Prezident: “Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var”backend

Prezident: “Ukrayna ilə əməkdaşlığımızın çox güclü siyasi təməli var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2023-cü ilin yanvarında Kiyevə səfərimi xatırlayıram. Sizinlə (Volodimir Zelenski – red.) apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daim yüksək səviyyəyə qaldırmışdır. Əməkdaşlığımızın çox güclü siyasi təməli vardır”.

Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenski ilə mətbuata bəyanatında söyləyib.

Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan ilə Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək”.