İngiltərə mediası: Pentaqon İspaniyanın NATO üzvlüyünün dayandırılmasını müzakirə edirbackend

İngiltərə mediası: Pentaqon İspaniyanın NATO üzvlüyünün dayandırılmasını müzakirə edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin İranla girdiyi müharibədə dəstək verməyən müttəfiqlərinə qarşı “cəzalandırıcı” addımları nəzərdən keçirdiyi bildirilir. İddialara görə, bu çərçivədə İspaniyanın NATO üzvlüyünün dayandırılması və Folklend adaları məsələsində Vaşinqtonun mövqeyinin dəyişdirilməsi də gündəmdədir.

Editor.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Qərb mediasında yüksək vəzifəli mənbəyə istinadən yayılan xəbərə əsasən, ABŞ Müdafiə Nazirliyində (Pentaqon) dövriyyəyə buraxılan daxili yazışmada İran əməliyyatları zamanı ABŞ Hərbi Hava Qüvvələrinə öz bazalarını açmayan müttəfiqlərlə bağlı narazılıq ifadə olunub.

Sözügedən qeyddə bildirilir ki, Avropalı müttəfiqlərin “imtiyazlılıq hissini zəiflətmək” məqsədilə İspaniya kimi etirazçı mövqe sərgiləyən ölkələrin NATO üzvlüyü dayandırıla bilər.

Pentaqon rəsmilərinin fikrincə, bu addım hərbi əməliyyatlardan daha çox müttəfiqlərə göndəriləcək “simvolik mesaj” baxımından mühüm əhəmiyyət daşıyır.

//Gülnarə Abasova, Editor.az