Donald Tramp Rusiyanın “G20”-dən qovulmasını “axmaqlıq” adlandırdıbackend

Donald Tramp Rusiyanın “G20”-dən qovulmasını “axmaqlıq” adlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp dekabr ayında keçiriləcək G20 sammitində Rusiya prezidenti Vladimir Putinin iştirakını dəstəklədiyini bildirib.

Ağ Ev rəhbərindən Putini dekabr ayında ABŞ-da keçiriləcək sammitə dəvət etmək niyyətində olub-olmadığı soruşulub. “Xeyr. Amma əgər o gəlsəydi, yəqin ki, çox faydalı olardı… G8 G7-yə çevriləndə, yəni mənim vaxtımdan əvvəl Rusiyanı qovublar.

Mən bunun axmaqlıq olduğunu dedim. Mən G7 görüşlərinə gedirəm və vaxtın təxminən 90%-i Rusiya və orada baş verənlər haqqında danışırlar. Mən də dedim ki, “Onu niyə qovdunuz?” Cəsarətlə deyə bilərəm ki, əgər onu qovmasaydınız, bu problemlər mövcud olmazdı”, – deyə Amerika prezidenti, ehtimal ki, Rusiyanın Ukraynaya tammiqyaslı işğalına toxunaraq bildirib.

Kreml rəhbərinin və ya onun hökumət üzvlərinin G20-yə dəvət olunub-olunmadığı soruşulduqda, Tramp cavab verməkdən yayınıb. “Mənim bildiyimə görə, yox. Amma bu gün xəbərlərdə administrasiyanın yüksək vəzifəli rəsmiləri rusların ən azı nazirlər səviyyəsində görüşlərə dəvət olunduğunu deyirlər… Mən də belə düşünürəm ki, hamı ilə danışmalıyıq… Onun gəlib-gəlməyəcəyini bilmirəm; düzünü desəm, buna şübhə edirəm”, – deyə Tramp bildirib.

//Samir Qurbanov, Editor.az