ABŞ-də “Forbes Under 30 Summit”i keçirilir. Arizona ştatının Feniks şəhərində təşkil olunan nüfuzlu beynəlxalq tədbirdə Azərbaycan da təmsil olunur.
Bu beynəlxalq tədbirlər bağlı ölkəmizin PR sahəsində ilk yaşanıb. Belə ki, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis, “PR Point Baku”nun təsisçisi və direktoru Aida Ramiz Azərbaycanı bu platformada təmsil edən ilk PR meneceri kimi çıxış edib.
Mütəxəssis həmçinin sammit çərçivəsində “Thunderbird School of Global Management”də keçirilən görüş zamanı könüllü mentor qismində çıxış edərək Thunderbird tələbələri ilə bir araya gəlib. O, “Thunderpreneur”, “Thunderbird Venture Capital” və “Thunderbird Women in Business” klublarının üzvləri ilə kiçik qruplar formatında ünsiyyət quraraq şəxsi təcrübələrini və peşəkar inkişaf yolunu bölüşüb, gənc sahibkar namizədlərə istiqamətverici tövsiyələr verib. Görüşün əsas məqsədi iştirakçıların sahibkarlıq baxışını genişləndirmək, onların məqsəd və hədəflərini daha aydın formalaşdırmasını dəstəkləmək olub.
“Forbes Under 30 Summit” kimi qlobal platformada iştirak yalnız fərdi uğur deyil, eyni zamanda Azərbaycanın PR və kommunikasiya sahəsində beynəlxalq arenada görünürlüyünün artması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təmsilçilik və tədbirdə iştirak yerli mütəxəssislərin qlobal səviyyədə rəqabət qabiliyyətini və ölkəmizdə formalaşan yeni PR yanaşmalarını nümayiş etdirir.
Aida Ramizin məlum uğuru həm də gənc PR mütəxəssisləri üçün ilham mənbəyi sayıla bilər. Bu həçinin Azərbaycanın kommunikasiya və innovasiya sahəsində artan potensialının göstəricisidir.
Tədbirdə iştirak Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilib.
Qeyd edək ki, Aida Ramiz uzun illərdir ictimaiyyətlə əlaqələr, şəxsi brendinq və kommunikasiya strategiyaları sahəsində fəaliyyət göstərir. O, həmçinin innovativ texnologiyalar üzərində qurulan “Metatesk” startapının PR və marketinq konsultantı kimi çalışaraq, bu layihənin beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynayıb.
“Metatesk-VR” və süni intellekt texnologiyalarını birləşdirən, təhsili daha interaktiv və immersiv hala gətirən “edtech” platformadır. Startap artıq qlobal miqyasda diqqət çəkərək, beynəlxalq tədbirlərdə innovativ yanaşması ilə seçilir.



