“İslahatçı Gənclər”in sədri Fərid Şahbazlı Qırğız Gənclər Parlamentini təbrik edibbackend

“İslahatçı Gənclər”in sədri Fərid Şahbazlı Qırğız Gənclər Parlamentini təbrik edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı Qırğız Respublikası Gənclər Parlamentinin 15 illik yubileyi münasibətilə qurumun rəhbəri Nazgül Joldoşovanı təbrik edib

Təbrik məktubunda deyilir:

“Dost və qardaş Qırğız Respublikasının Gənclər Parlamentinin 15 illik yubileyi münasibətilə sizi və rəhbərlik etdiyiniz qurumun bütün üzvlərini səmimi qəlbdən təbrik edirəm. Bu illər ərzində Gənclər Parlamenti Qırğız Respublikasında gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakının təmin olunması, onların liderlik bacarıqlarının inkişaf etdirilməsi və dövlət-gənclər münasibətlərinin möhkəmləndirilməsi istiqamətində mühüm rol oynayıb.

“İslahatçı Gənclər” İctimai Birliyi ilə Qırğız Respublikasının Gənclər Parlamenti arasında qurulmuş əməkdaşlıq münasibətlərini xüsusi vurğulamaq istərdim. Birgə həyata keçirdiyimiz layihələr və təşkil etdiyimiz tədbirlər iki ölkənin gəncləri arasında dostluq və qardaşlıq əlaqələrinin daha da inkişafına töhfə verib.

İnanıram ki, qarşılıqlı əməkdaşlığımız gələcəkdə də davam edəcək, yeni təşəbbüslər və ortaq layihələrlə daha da genişlənəcəkdir. Sizə və bütün kollektivinizə gələcək fəaliyyətinizdə uğurlar və yeni nailiyyətlər arzulayıram.”

//Editor.az