NATO Amerika təyyarələrindən imtina edir: dəyəri milyardlarla ölçülən alternativ təkliflər müzakirə olunurbackend

NATO Amerika təyyarələrindən imtina edir: dəyəri milyardlarla ölçülən alternativ təkliflər müzakirə olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO, Amerika istehsalçılarının iştirakı olmadan havada erkən xəbərdarlıq təyyarələri donanmasını təkmilləşdirməyi planlaşdırır və milyardlarla avro dəyərində alternativ təklifi nəzərdən keçirir.

Editor.az xəbər verir ki, bu barədə Almaniyanın DPA xəbər agentliyi Fransanın “La Lettre” media orqanına istinadən məlumat verib. Məqaləyə görə, NATO Almaniyada yerləşən havada erkən xəbərdarlıq və nəzarət (AWACS) təyyarələri donanmasını modernləşdirmək niyyətindədir. Eyni zamanda, Alyans artıq ABŞ-a ümid etmir və İsveçin “Saab” şirkətinin GlobalEye kəşfiyyat və erkən xəbərdarlıq sistemi ilə təchiz olunmuş Kanada istehsalçısı “Bombardier”dən təyyarə almağı düşünür.
NATO mənbələrinə görə, təklif olunan sifariş bir neçə milyard avro dəyərində 12 təyyarəyə qədər potensial sifarişi əhatə edir. DPA yazır ki, son qərar iyul ayında Türkiyənin Ankara şəhərində keçiriləcək Alyans sammitindən əvvəl verilə bilər. Lakin NATO sözçüsü bu məlumatı nə təsdiqləyib, nə də təkzib edib.
Məqalədə qeyd olunur ki, NATO ölkələri əvvəlcə Amerika istehsalı olan Boeing E-7A Wedgetail təyyarələrini almağı planlaşdırıblar.

Lakin bu planlar ABŞ hökumətinin ötən yay layihənin maliyyələşdirilməsindən çəkildiyini elan etməsindən sonra dəyişib. Məqalədə həmçinin qeyd olunur ki, NATO-nun hava radar sistemi hazırda təxminən 40 yaşı olan Boeing 707 əsaslı təyyarələrə əsaslandığı üçün modernləşdirməyə ehtiyac təcilidir. Onlardan əsasən Şərqi Avropada hava məkanını izləmək üçün istifadə olunur.

//Samir Qurbanov, Editor.az