Putin Jirinovskiyə son zəngindən danışdı: “Mənə dedi ki…”backend

Putin Jirinovskiyə son zəngindən danışdı: “Mənə dedi ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya dövlət televiziya kanalı bu ölkənin ən qalmaqallı və odioz siyasətçilərindən olmuş keçmiş LDPR sədri Vladimir Jirinovski barədə yeni sənədli film yayımlayıb. 

Editor.az  “AzPolitika”ya istinadən xəbər verir ki, “Vladimir Jirinovski” adlı filmdə Rusiya Prezidenti Vladimir Putinin Jirinovski ilə bağlı xatirələri də yer alıb. Rusiya başçısı qatı imperiyaçı və bəzən bütün əndazələri aşan millətçi mövqeyə malik Jirinovskini “vətənpərvər” kimi qələmə verib.

Putin, Jirinovski ağır vəziyyətdə xəstəxanada olarkən ona zəng etdiyini xatırlayıb: “Sonuncu söhbətimizi xatırlayıram. Klinikaya – ona zəng etdim. Sadəcə onu dəstəkləmək istəyirdim. Əlbəttə ki, Vladimir Jirinovski özünün ağır vəziyyətdə olduğunu başa düşürdü. Amma onun mənə son sözləri belə oldu: “Mənim üçün getmək hələ tezdir. Axı Rusiyanın mənə hələ ehtiyacı var”. O, hər şeyi Vətənə xidmətlə ölçüb”.

Xatırladaq ki, Jirinovski koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib və 6 aprel 2022-ci ildə 75 yaşında uzun və ağır xəstəlikdən sonra ölüb. Jirinovski Ukraynaya və digər keçmiş SSRİ respublikalarına qarşı təcavüzkar, aqressiv siyasətin ən qatı tərəfdarlarından olub, xüsusi anti-Türk mövqeyilə seçilib.