İran yenidən Hörmüz boğazına minalar “əkir”backend

İran yenidən Hörmüz boğazına minalar “əkir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu həftə İran qlobal neft tədarükünün əsas marşrutlarından biri olan Hörmüz boğazına əlavə dəniz minaları yerləşdirib.

Editor.az xəbər verir ki “Axios” bu barədə ABŞ rəsmisinə və məlumatlı mənbələrə istinadən məlumat verib. Nəşrin məlumatına görə, minalar İslam İnqilabı Keşikçiləri Korpusunun donanması tərəfindən yerləşdirilib. Bu fonda regional qarşıdurma daha da şiddətlənir: İran kommersiya gəmilərinə hücum edir, ABŞ isə dəniz blokadasını gücləndirir.

23 apreldə ABŞ prezidenti Donald Tramp sosial media hesabı “Truth Social”da bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin razılığı olmadan heç bir gəmi Hörmüz boğazına daxil ola və ya çıxa bilməz. O, həmçinin qeyd edib ki, ABŞ qüvvələri bu sularda mina yerləşdirən istənilən gəmiyə atəş açacaq və onu batıracaq.

//Samir Qurbanov, Editor.az

“Axios”un hesabatında qeyd olunur ki, yeni minalar neft bazarındakı böhranı daha da şiddətləndirə bilər. Beynəlxalq Enerji Agentliyi artıq mövcud vəziyyəti 1970-ci illərin neft böhranlarını üstələyən tarixdə ən böyük neft tədarükünün pozulması adlandırıb. Əvvəllər qoyulmuş bütün minaların aşkar edilib-edilmədiyi və ya təmizlənib-təmizlənmədiyi məlum deyil.