Ermənistan MN etiraf etdi: “Cermuk istiqamətində hərbi mövqelərimiz…”backend

Ermənistan MN etiraf etdi: “Cermuk istiqamətində hərbi mövqelərimiz…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Silahlı Qüvvələrinin Cermuk istiqmətində hərbi mövqeyini təslim etməsi barədə xəbərlər əsassızdır”.

Globalinfo.az xəbər verir ki, bu fikir Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilib.

“Bildirmək istərdik ki, bu, dezinformasiyadır. “Güclü Ermənistan” partiyasının üzvlərindən birinin paylaşdığı videoda naməlum şəxs Cermukda hərbi mövqeyin guya təslim edildiyini deyib. Bu, tamamilə yalandır”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, Ermənistan rəsmi dairələri və ekspertləri zaman-zaman Azərbaycan Ordusunun guya Cermuk istiqamətində irəliləməsi haqda əsassız xəbərlər yayırdı. Azərbaycan Silahlı Qüvvələri sözügedən istiqamətdə beynəlxalq hüquqla tanınan ərazilərinə çıxıb. Hansı ki, Ermənistan ordusu işğal dövründə buradakı mövqelərini irəli çəkmişdi.

Artıq 1 ilə yaxındır ki, Ermənistan-Azərbaycan sərhədində sabitlik hökm sürür, hər hansı insident qeydə alınmır.