ABŞ Prezidentinin xüsusi elçisi Moskvaya gedirbackend

ABŞ Prezidentinin xüsusi elçisi Moskvaya gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkov və ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner yaxın həftələrdə Moskvaya səfər edəcəklər.

Editor.az xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov və Prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev bildiriblər. “Vitkov dəfələrlə tərəfdaşı Cared Kuşnerlə Moskvaya səfər etmək istəyini bildirib; biz bunu onunla təmaslarımız zamanı müzakirə etmişik.” – Yuri Uşakov deyib. O, səfərin tarixinin hələ müəyyən edilmədiyini vurğulayıb.

Rusiya Prezidentinin köməkçisi əlavə edib ki, Moskva və Vaşinqton hazırda Ağ Evin Rusiyaya qarşıdan gələn səfərini əlaqələndirir. Bundan əlavə, o, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın bu ilin noyabr ayında Çində keçiriləcək APEC sammitində görüşə biləcəyini irəli sürüb.

//Samir Qurbanov, Editor.az