İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-a səfər edə bilərbackend

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-a səfər edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-a səfər edə bilər. Bu barədə mayın 20-də İranın xarici işlər nazirliyinin sözçüsü Esmail Bəqayi bildirib.

O, xarici işlər nazirinin Birləşmiş Millətlər Təşkilatının (BMT) iclasında iştirak etmək üçün Nyu-Yorka getməyə hazır olduğunu vurğulayıb. “Çinin BMT Təhlükəsizlik Şurasına sədrliyi və sülh və beynəlxalq təhlükəsizliyi müzakirə etmək üçün xarici işlər nazirlərinin xüsusi iclasını keçirmək planlarını nəzərə alaraq, xarici işlər nazirimiz də bu iclasa dəvətlidir.” – Esmail Bəqayi bildirib.

Xatırladaq ki, bir gün əvvəl İranın xarici işlər naziri ABŞ-a İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək qərarına gəlsələr, bir çox sürprizlər vəd etmişdi.

//Samir Qurbanov, Editor.az